...

Bakıda 3 otaqlı evdə yanğın olub

Hadisə Materials 22 Fevral 2020 23:44 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 25 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti