...

Gədəbəydə ər-arvad yol qəzasının qurbanı oldu

Hadisə Materials 29 Fevral 2020 16:11 (UTC +04:00)
Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Gədəbəydə ər-arvad yol qəzasının qurbanı oldu

Bakı. Trend:

Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 28-də saat 11 radələrində Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində rayon sakini Ruslan Hüseynovun idarə etdiyi "VAZ-21011" və Gədəbəy şəhər sakini M.Tağıyevin idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobillər toqquşub.

Nəticədə R.Hüseynov, arvadı Nüşabə və digər 2 sərnişini, habelə digər sürücü xəsarətlə xəstəxanaya yerləşdirilib, R.Hüseynov və N.Hüseynova orada ölüblər.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti