...

Bakıda yolda vurulan piyada yerindəcə ölüb

Hadisə Materials 2 Mart 2020 19:19 (UTC +04:00)
Paytaxtın Nizami rayonunun H.Əliyev prospektində “Mercedes” markalı avtomobillə yolu keçən piyada vurulub.
Bakıda yolda vurulan piyada yerindəcə ölüb

Bakı. Trend:

Paytaxtın Nizami rayonunun H.Əliyev prospektində “Mercedes” markalı avtomobillə yolu keçən piyada vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 1-də saat 5 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini H.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Y.Manafovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti