Bakı. Trend:
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.İbayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1.200.000 rubl (31.800 manat), 19.500 ABŞ dolları və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İbayev saxlanılıb.