...

Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb

Hadisə Materials 7 Aprel 2020 19:40 (UTC +04:00)
Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb

Bakı. Trend:

Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 6-da saat 20 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini G.Eminova vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “İsuzu” markalı xətt avtobusunun sürücüsü, paytaxt sakini E.Məstiyev saxlanılıb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti