...

Bakıda ikimərtəbəli ev yanıb

Hadisə Materials 13 Aprel 2020 16:33 (UTC +04:00)
Bakıda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti