...

Masallıda birmərtəbəli evdə partlayış - 3 nəfər dağıntılar altında qaldı

Hadisə Materials 16 Aprel 2020 09:09 (UTC +04:00)
Masallıda birmərtəbəli evdə partlayış - 3 nəfər dağıntılar altında qaldı

Trend-i buradan izləyin

Bakı. Trend:

Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın hadisəsi olmayıb. Partlayış zamanı evin konstruksiyaları dağılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri ikisi azyaşlı olmaqla üç nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti