...

Ötən gün 11 cinayətin üstü “isti izlər”lə açılıb

Hadisə Materials 17 Aprel 2020 12:28 (UTC +04:00)
Ötən gün 11 cinayətin üstü “isti izlər”lə açılıb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-da törədilən 10 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 3 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti