...

İmişlidə evdən pul və zinət əşyaları oğurlanıb

Hadisə Materials 28 Aprel 2020 13:09 (UTC +04:00)
İmişlidə evdən pul və zinət əşyaları oğurlanıb

Bakı. Samir Əli - Trend:

İmişlidə evlərin birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib.

Məlumata görə, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisindəki evlərin birindən 2700 manat pul və 700 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Tağıyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti