...

Qusarda karantin rejimini pozaraq qumar oynayanları saxlanıldı

Hadisə Materials 29 Aprel 2020 10:38 (UTC +04:00)
Qusarda karantin rejimini pozaraq qumar oynayanları saxlanıldı

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Suvacal kəndi ərazisində yerləşən və hazırda istifadə olunmayan köhnə tikililərin birində yeddi nəfər kənd sakininin qumar oynadıqları aşkar olunub. Karantin rejimi qaydalarını kobud şəkildə pozan həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Saxlanılan şəxslərin hər biri barəsində Qusar RPŞ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti