...

Abşeronda ağır yol qəzası olub: Ölən var

Hadisə Materials 6 May 2020 16:25 (UTC +04:00)
Abşeronda ağır yol qəzası olub: Ölən var

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 5-də saat 22 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini E.Cavadovun idarə etdiyi “Lada Priora” və Yardımlı rayon sakini Firuddin Mirişovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş F.Mirişov orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti