...

Qazaxda intihar etmək istəyən şəxsi polis xilas etdi (VİDEO)

Hadisə Materials 13 May 2020 12:44 (UTC +04:00)
Qazaxda intihar etmək istəyən şəxsi polis xilas etdi (VİDEO)

Bakı. Samir Əli - Trend:

Qazaxda intihar etmək istəyən şəxsin həyatını polis xilas etdi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, mayın 12-də saat 23 radələrində 22 yaşlı Ağstafa rayon Dağkəsəmən kənd sakini Adil Allahverdiyev Ağstafa çayının Qazax rayon ərazisindən keçən hissəsinin üzərində olan körpüdən özünü ataraq intihar etmək istəyib.

Dərhal hadisə yerinə Qazax RPŞ-nin əməkdaşları gələrək onunla profilaktiki söhbətlər aparıb. Buna baxmayaraq A. Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşlarının çevikliyi və operativ reaksiyası nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti