...

Bakıda avtobusun vurduğu piyada hadisə yerində öldü

Hadisə Materials 29 May 2020 17:28 (UTC +04:00)
Bakıda avtobusun vurduğu piyada hadisə yerində öldü

Bakı. Trend:

Xətai rayonu ərazisində “Daewoo” markalı avtobusla yolu keçən F.Qurbanov vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 28-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti