Bakı. Trend:
Cəlilabad rayonu ərazisində saxlanılmış “Range Rover” markalı avtomobildən 4 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini M.Həsənovun idarə etdiyi “Range Rover” markalı avtomobil Gülməmmədli kəndi ərazisində saxlanılıb. Sürücü və sərnişinləri - Yevlax rayon sakinləri S.İsgəndərov və E.Hüseynli RPŞ-yə gətiriliblər.
Avtomobilə baxış zamanı oradan çəkisi 4 kiloqram 190 qram olan heroin və 2 kiloqram 20 qram tiryək aşkar edilərək götürülüb.