...

Bilgəhdə dənizdə batan "Jeep" çıxarıldı

Hadisə Materials 3 İyun 2020 12:56 (UTC +04:00)
Bilgəhdə dənizdə batan "Jeep" çıxarıldı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizkənarı qumluq ərazidə 1 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Jeep” markalı minik avtomobili dalğanın təsiri nəticəsində təxminən 30 metrə qədər dənizin içərisinə doğru hərəkət edib.

Həyata keçirilən tədbirlər nəticəsində içərisində 1 nəfərin olduğu avtomobil yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti