...

Bakıda yol qəzası nəticəsində "BMW" yanıb

Hadisə Materials 4 İyun 2020 23:01 (UTC +04:00)
Bakıda yol qəzası nəticəsində "BMW" yanıb

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili və “BMW” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti