...

Qubada narkotik becərən şəxs saxlanıldı (FOTO)

Hadisə Materials 10 İyun 2020 10:16 (UTC +04:00)
Qubada narkotik becərən şəxs saxlanıldı (FOTO)

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən gecə saatlarında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Fariz Babaxanov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 150 sm qədər olan 21 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı F.Babaxanov həmin kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti