...

Bakıda karantin qaydalarını pozan 3 nəfərə cinayət işi başlandı

Hadisə Materials 12 İyun 2020 11:49 (UTC +04:00)
Bakıda epidemiya əleyhinə rejimi pozan şəxslər barəsində cinayət işi başlanılıb.
Bakıda karantin qaydalarını pozan 3 nəfərə cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Bakıda epidemiya əleyhinə rejimi pozan şəxslər barəsində cinayət işi başlanılıb.

Trend-in məlumatına görə, Bakı şəhər sakinləri Qədirov Samid Tahir oğlu, Babalıyev Əflatun Ağaverdi oğlu və Qəmbərov Tufan Təvəkkül oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə təqsirli bilinirlər.

Adıçəkilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti