...

Ağsu meşəbəyliyinin ərazisindəki yanğın söndürülüb

Hadisə Materials 16 İyun 2020 21:25 (UTC +04:00)
Ağsu meşəbəyliyinin ərazisindəki yanğın söndürülüb

Bakı. İlhamə İsabalayeva - Trend:

16 iyun 2020-ci il tarixində saat 16:30 radələrində Ağsu rayon bələdiyyəsinin taxıl sahəsində başlamış yanğın sonradan Şamaxı Regional Meşə Təsərrüfatının Ağsu meşəbəyliyinin 8 saylı dolayına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinib rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb.

Yanğın nəticəsində 3 hektar sahədə kol-kos və quru ot örtüyü yanıb.

Qeyd edək ki, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir.

ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti