...

Ağcabədidə bir nəfər Yuxarı Qarabağ su kanalında batıb - FHN axtarış aparır

Hadisə Materials 23 İyun 2020 07:43 (UTC +04:00)
Ağcabədidə bir nəfər Yuxarı Qarabağ su kanalında batıb - FHN axtarış aparır

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsər oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti