...

Binəqədidə avtomobil sürücüsü velosipedçini vurub öldürdü

Hadisə Materials 28 İyul 2020 09:31 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Ağsu rayon sakini Teymur Zeynalov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə velosipedçi, 1981-ci il təvəllüdlü Rəşad Şəfiyevi vurub. Velosipedçi aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti