...

Sabunçuda ev sahibini qətlə yetirən kirayənişin tutulub

Hadisə Materials 29 İyul 2020 09:34 (UTC +04:00)
Sabunçuda ev sahibini qətlə yetirən kirayənişin tutulub

Bakı. Samir Əli - Trend:

Bakıda kirayənişin ev sahibini qətlə yetirib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini, 1965-ci il təvəllüdlü Hüsnü Əliyev evində kirayə yaşayan 1994-cü il təvvəllüdlü Əliyev Kamran Barat oğlu tərəfindən şəxsi münasibətlər zəminində bıçaqla öldürülüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi təxirəsalmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev Kamran Barat oğlu tutularaq istintaqa cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti