...

Gədəbəydə "VAZ" dərəyə aşdı, sürücü öldü

Hadisə Materials 18 Avqust 2020 12:58 (UTC +04:00)
Gədəbəy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Gədəbəydə "VAZ" dərəyə aşdı, sürücü öldü

Bakı. Samir Əli - Trend:

Gədəbəy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Qaradağ kəndində baş verib. Kənd sakini Həsənov Mübariz İsmayıl oğlu "VAZ 21061" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti