...

Füzulidə ev yanıb, yataq xəstəsi xilas edilib

Hadisə Materials 26 Avqust 2020 09:02 (UTC +04:00)
Füzulidə ev yanıb, yataq xəstəsi xilas edilib

Bakı. Trend:

Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 142 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər (yataq xəstəsi) yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti