Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Hadisə Xəbər 30 Avqust 2020 08:29 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər onbeşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti