...

Keçmiş məhkum Bakıda 4 min manat dəyərində avtomobil ehtiyat hissələri oğurladı

Hadisə Materials 4 Sentyabr 2020 09:43 (UTC +04:00)
Keçmiş məhkum Bakıda 4 min manat dəyərində avtomobil ehtiyat hissələri oğurladı

Bakı. Samir Əli - Trend:

Bakıda ovtomobil ehtiyat hissəsləri oğurlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verib. Qəsəbə ərazisindəki mənzillərdən birinin qarşısında olan 4 min manat dəyərində avtomobil ehtiyat hissələri naməlum şəxs tərəfindən oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsio əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübəhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci(oğurluq) maddəsilə məhkum olunmuş Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti