...

Bakıda mikroavtobus yük avtomobilinə çırpılıb: 1 ölü, 3 yaralı

Hadisə Materials 11 Sentyabr 2020 11:32 (UTC +04:00)

Bakı. Trend:

Bakının Qaradağ rayonunda qəza olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti