Bakı. Trend:
Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.