Bakıda bərbərxana yanıb

Hadisə Xəbər 18 Sentyabr 2020 02:53 (UTC +04:00)
Bakıda bərbərxana yanıb

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan fəaliyyət göstərməyən bərbərxananın dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti