...

Qubada atasını xüsusi amansızlıqla öldürən yeniyetmənin məhkəməsi başlayır

Hadisə Materials 23 Sentyabr 2020 10:03 (UTC +04:00)
Qubada atasını xüsusi amansızlıqla öldürən yeniyetmənin məhkəməsi başlayır

Bakı. Samir əli - Trend:

Quba rayonunda atasını qətlə yetirən gəncin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, hadisə bu ilin fevral ayında Quba rayonunun Birinci Nügədi kəndində baş verib.

Rusiya vətəndaşı Bəşarət Şükürov yaşadığı evdə oğlu, 2001-ci il təvəllüdlü Mətləb Şükürovla mübahisə edib. Mübahisə nəticəsində M.Şükürov mətbəx bıçağı ilə atasına çoxsaylı zərbələr endirərək qətlə yetirib. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, M.Şükürov saxlanılaraq istintaqa təhvil verilib.

Artıq cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti