...

Polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib

Hadisə Materials 27 Noyabr 2020 12:09 (UTC +04:00)
Polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib

Bakı. Trend:

Naftalanda polis əməkdaşları itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, noyabrın 23-də Naftalan Şəhər Polis Şöbəsinə Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədovun həmin gün itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə S.Əhmədovun yeri müəyyən edilib. O, polis əməkdaşları tərəfindən ailəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti