...

Daha bir koronavirus xəstəsi ictimai yerdə saxlanıldı (VİDEO)

Hadisə Materials 8 Dekabr 2020 16:15 (UTC +04:00)
Daha bir koronavirus xəstəsi ictimai yerdə saxlanıldı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanılıb.

DİN-dən Trend-ə bildirilib ki, paytaxtın Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan 40 yaşlı Feruz Hüseynov ictimai yerdə müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti