...

Rusiyanın cənubunda 4.7 bal gücündə zəlzələ olub

Hadisə Materials 13 Dekabr 2020 03:19 (UTC +04:00)
Rusiyanın cənubunda 4.7 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Çeçenistanda 4.7 bal gücündə zəlzələ baş verib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri Çeçenistanın paytaxtı Qroznıdan təqribən 39 km cənubda, Urus-Martandan 18 km cənub-şərqdə 60 km dərinlikdə yerləşib. Zəlzələ saat 01:29-da (GMT+4) qeydə alınıb.

Sosial şəbəkələr yeraltı təkanların həm Çeçenistan ərazisində, həm də qonşu bölgələrdə - Dağıstan, İnquşetiya, Şimali Osetiyada hiss olunduğunu yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti