...

Azərbaycanın gəmi kapitanı dünyasını dəyişib

Hadisə Materials 16 Dekabr 2020 17:27 (UTC +04:00)
Azərbaycanın gəmi kapitanı dünyasını dəyişib

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının "Geofizik-1" gəmisinin təcrübəli kapitanı Teymur İsmayılov vəfat edib.

Bu barədə Trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən bildiriblər.

Teymur İsmayılov 25 yanvar 1962-ci ildə Ağdaşda anadan olub. O, ömrünün böyük hissəsini dənizçiliyə həsr edib.

1982-ci ildə Bakı Dəniz Yolları Məktəbinin Gəmi sürücülüyü ixtisasını bitirib. Əmək fəaliyyətinə 1983-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində matros vəzifəsindən başlayıb. Sonrakı illərdə Gəmiçiliyin ayrı-ayrı gəmilərində müxtəlif vəzifələrdə fəaliyyətini davam etdirib. 2016-cı ildə kapitan vəzifəsinə yüksəlib.

Teymur İsmayılov mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti