...

Gəncədə avtomobil ağaca çırpılıb, 1 yaralı var

Hadisə Materials 24 Dekabr 2020 15:33 (UTC +04:00)
Gəncədə avtomobil ağaca çırpılıb, 1 yaralı var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti