Bakı. Trend:
Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi 375 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və içərisindəki əşyalar, yaxınlıqda ümumi sahəsi 600 m² olan anbarın dam örtüyü 10 m² sahədə qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.