...

Yasamalda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Yanvar 2021 03:56 (UTC +04:00)
Yasamalda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhərinin Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend-ə Nazirlikdən bildiriblər.

Qeyd edilib ki, hadisə ilə əlaqədar əlavə məlumat veriləcək.

XXX

03:34

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti