...

Karantini pozan daha bir çayxananın sahibi və müştərilər cərimələnib

Hadisə Materials 5 Yanvar 2021 11:13 (UTC +04:00)
Karantini pozan daha bir çayxananın sahibi və müştərilər cərimələnib

Bakı. Samir Əli - Trend:

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kərimli kəndi ərazisində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, həmin obyektə baxış zamanı orada olan müştərilər və çayxananı işlədən kənd sakini İmran Haşimovun sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları məlum olub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti