...

Şəmkirdə 17 yaşlı gənc həmyaşıdını qətlə yetirdi

Hadisə Materials 6 Yanvar 2021 10:25 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Şəmkir rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 5-də saat 15 radələrində baş verib. Şəmkir şəhər sakini 2003-cü il təvəllüdlü Tağıyev Əhliman Kənan oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Eynur oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı istintaqa məlum olmayan alətlə Əhliman Tağıyevə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rəvan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti