...

İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 11 Yanvar 2021 07:12 (UTC +04:00)

Bakı. Trend:

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Rutenq şəhərindən 113 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 650 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti