...

Tərtərdə gizli fəaliyyət göstərən kafe aşkarlandı

Hadisə Materials 21 Yanvar 2021 10:40 (UTC +04:00)
Tərtərdə gizli fəaliyyət göstərən kafe aşkarlandı

Bakı. Samir Əli - Trend:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Kafenin icarədarı İsrafil Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti