...

Qəbələ meşəsində qanunsuz ağac kəsintisi olub

Hadisə Materials 25 Yanvar 2021 12:03 (UTC +04:00)
Qəbələ meşəsində qanunsuz ağac kəsintisi olub

Bakı. Trend:

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Zarağan meşəbəyliyinin 4 saylı dolayında ağacların kəsildiyi aşkar edilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov Trend-ə bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1675 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ rayon Polis Şöbəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti