...

Polis Yevlax və Tərtərdə əməliyyat keçirdi, saxlanılanlar var (FOTO)

Hadisə Materials 8 Fevral 2021 11:52 (UTC +04:00)
Polis Yevlax və Tərtərdə əməliyyat keçirdi, saxlanılanlar var (FOTO)

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları Yevlax və Tərtər rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirib.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qarayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin, yaşadığı evə baxış zamanı oradan 1 kiloqrama yaxın marixuana, 295 qramdan artıq tiryək və 94 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xoruzlu kənd sakini R.Alışovun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 848 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti