...

Bakıda 3 azyaşlı kitab mağazasını qarət etdi

Hadisə Materials 17 Fevral 2021 10:45 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Fevralın 15-də paytaxtın Səbail rayonunda kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 tərəfindən törədilməsi məlum olub.

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti