...

Bakıda avtomobil təmiri sexi yanıb

Hadisə Materials 27 Fevral 2021 08:44 (UTC +04:00)
Bakıda avtomobil təmiri sexi yanıb

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin içərisində 20 m² sahəyə yığılan avtomobil ehtiyat hissələri yanıb, yüksək temperaturdan orada təmirə dayanan "Honda" markalı minik avtomobilinin ön hissəsi əriyib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti