...

Gəncədə yük avtomobili yanıb

Hadisə Materials 27 Fevral 2021 09:21 (UTC +04:00)
Gəncədə yük avtomobili yanıb

Bakı. Trend:

Gəncə şəhərinin Kəpəz rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb, yüksək temperaturdan ön şüşəsi və idarəetmə lövhəsi qismən əriyib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti