...

İndoneziyada torpaq sürüşmələri və daşqınlar zamanı ölənlərin sayı 55 nəfərə çatıb (YENİLƏNİB)

Hadisə Materials 5 Aprel 2021 06:38 (UTC +04:00)
İndoneziyada torpaq sürüşmələri və daşqınlar zamanı ölənlərin sayı 55 nəfərə çatıb (YENİLƏNİB)

Bakı. Trend:

İndoneziyada aprelin 4-də başlayan sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı ən az 55 nəfərə yüksəlib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Təbii fəlakətlərin Nəticələrinə qarşı mübarizə üzrə Milli Agentliyin nümayəndəsi bildirib.

Bildirilir ki, daha 40 nəfər itkin düşüb.

XXX

16:32

İndoneziyanın şərqində leysan yağışlardan sonra torpaq sürüşməsi və daşqınlar ən azı 23 nəfərin ölümünə səbəb oldu.

Trend-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Agentliyi bildirib.

Məlumata əsasən, minlərlə insan təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qaldı.

Gecə yarısından az sonra, dağlıq ərazidə baş verən sürüşmə Şərqi Nusa-Tenqara vilayətininin Flores adasında Lamenele kəndindəki təxminən 50 evi əhatə etdi.

Fəlakətlərin Azaldılması üzrə Milli Agentliyinin nümayəndəsi Raditya Cati bildirib ki, xilasedicilər 20 ölü və 9 yaralı cəsədləri tapıb.

Daşqında boğulan daha üç nəfərin cəsədini Oyan Bayan kəndinin sakinləri tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti