...

Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı, 4 nəfər cərimələndi

Hadisə Materials 9 Aprel 2021 11:44 (UTC +04:00)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı, 4 nəfər cərimələndi

Bakı. Samir Əli - Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları şəhər ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, kafenin işçiləri olan 4 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti