...

Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Hadisə Materials 13 Aprel 2021 10:41 (UTC +04:00)
Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Bakı. Samir Əli - Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Uğurbəyli kənd sakini Rəhman Hüseynov koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

R.Hüseynovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti