...

Salyanda yol polisi reyd keçirib (FOTO)

Hadisə Materials 13 Aprel 2021 10:40 (UTC +04:00)
Salyanda yol polisi reyd keçirib (FOTO)

Bakı. Samir Əli - Trend:

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, reyd zamanı polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş piyadalar müəyyən edilib.

Belə ki, mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşları tərəfindən ciddi qayda pozuntusuna yol vermiş bir neçə piyada barəsində inzibati qaydada tədbirlər yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti